RU

"Fitch Ratings": Türkiyədə inflyasiya 28%-ə düşəcək

BAKI, 26 iyul. TELEQRAF

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Türkiyənin Xarici Valyuta Emitentinin Uzunmüddətli Defolt Reytinqini (IDR) "BB-" proqnozu ilə "stabil" olaraq təsdiqləyib.

Teleqraf xəbər verir ki, "Fitch" bu qərarını Türkiyənin yüksək inflyasiya tarixi, pul siyasətinə siyasi müdaxilə, yüksək maliyyə ehtiyaclarına nisbətən aşağı xarici likvidliklə əsaslandırıb.

Qurum Türkiyədə pul siyasətinin 2026-cı ilə qədər sərt qalacağını gözləyir. İyunda inflyasiyanın azalaraq 35 faizə düşdüyünü açıqlayan "Fitch" analitikləri inflyasiyanın 2025-ci ilin sonunda 28 faizə, 2026-cı ilin sonunda isə 21 faizə düşəcəyini proqnozlaşdırırlar.

Eləcə də qurum 2025-ci ildə iqtisadi artımın 2,9 faizə qədər yavaşlayacağını, daha sonra 2026-cı ildə 3,5 faizə və 2027-ci ildə 4,2 faizə yüksələcəyini gözləyir.

Qeyd edək ki, beynəlxalq kredit reytinq agentliyi "Moody's" isə Türkiyənin kredit reytinqini "B1"dən "Ba3"ə yüksəldib və proqnozunu "müsbət"dən "stabil"ə dəyişib.

Избранный
34
teleqraf.com

1Источники