ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Ermənistanın Rusiya ilə birlikdən başqa alternativi olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə TASS-a açıqlamasında qeyd edib.
“Bizə heç kim dəvət göndərmir, biz özümüz onlardan xahiş edirik. Avropa İttifaqında deyirlər: bəli, əlbəttə. Amma niyə belə deyirlər? Elə ona görə ki, bu gün ukraynalılara pul və silah verirlər – Rusiyaya ziyan vurmaq üçün. Paşinyana da eyni təklif olunur, amma o, bunu anlamır”, – deyə Abramyan bildirib.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.