RU

KİV: Tramp avropalı liderlərlə Ukraynada müharibənin dayandırılmasını müzakirə edəcək

“ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni bitirməyin yollarını avropalı liderlərlə müzakirə edəcək”.

APA-nın məlumatına görə, bu barədə yazı “The Guardian” qəzetində dərc olunub.

Məqalədə bildirilib ki, Ağ Ev rəhbərinin Şotlandiyaya səfəri zamanı Böyük Britaniyanın baş naziri Keir Starmer və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə keçirərəcəyi görüşlərin əsas mövzusu Ukraynada müharibənin dayandırılması olacaq.

Eyni zamanda, Avrokomissiyanın rəhbəri ABŞ prezidenti ilə görüşün 27 iyul tarixində nəzərdə tutulduğunu açıqlayıb.

Yazı müəllifi yekunda xatırladıb ki, bir qədər əvvəl Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirdiyi barədə açıqlama verib.

Избранный
31
5
apa.az

6Источники