RU

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? Faktlar

Axar.az saytına istinadən ain.az xəbər verir.

İranın Birinci və İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistana dəstək verdiyi, işğal dövründə və 44 günlük müharibədən sonra da Xankəndidəki separatçılara yardımlar etdiyi sirr deyil, lakin bunu daim gizlətməyə çalışıblar. İran parlamentinin Tehrandan seçilmiş deputatı Əli Mütəhhəri isə bu faktı açıq şəkildə etiraf edib.

Kəşmir mövzusunda İranın mövqeyi ilə bağlı məqalə qələmə alan Ə.Mütəhhəri yazır ki, “Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda baş verən münaqişədə də Azərbaycanın haqlı olmasına baxmayaraq, biz milli məsələlərə görə ümumilikdə Ermənistanın tərəfini tutduq”.

Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başlayanda İranın əməllərini izah edən məşhur bir deyim vardı: Azərbaycana saqqız, Ermənistana silah! Tehran erməni işğalından qaçan məcburi köçkünlərə “yardım” adı altında müəyyən “humanitar dəstək” göstərir və bununla Ermənistana silah dəstəyini ört-basdır etməyə çalışırdı. Hərçənd, Qarabağda işğal müharibəsinin əsas dəstəkçiləri arasında İran da yer alırdı. Hətta, Şuşanın işğalında birbaşa rol oynadığı da faktdır.

1992-ci ildə İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək təklifini irəli sürdü. Bu təklifə əsasən tərəflər Tehranda danışıqlara başladı. Cəbhədə baş verənlər bu danışıqların oyun olduğunu deməyə əsas verir. Çünki Ermənistan diqqətin Tehran danışıqlarında olmasından istifadə edərək, Şuşanı işğal etdi. Həmin danışıqlarda iştirak etmiş keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, “İran Şuşanın işğalı ilə bağlı Ermənistana heç narazılıq da bildirmədi”.

Əli Mütəhhərinin etirafı da İranın Qarabağın işğalına birbaşa dəstək verdiyini təsdiq edir. 30 ilə yaxın davam edən işğal dövründə isə İran bir neçə istiqamətdə fəaliyyət göstərirdi.

- Qarabağdakı separatçıların yanacaqdan tutmuş, qidaya qədər bütün ehtiyaclarını təmin edirdi;

- Şəhərləri, yaşayış məntəqələri, təbii sərvətləri talayırdı: bütün tikinti materialları İrana daşınırdı;

- İran şirkətləri Qarabağda qanunsuz şəkildə fəaliyyət göstərir, böyük pullar qazanırdılar;

- İran Qarabağdan “boz zona” kimi istifadə edirdi;

İranın işğal dövründə Qarabağda fəaliyyət göstərmiş bank və şirkətlərinin adlarına qədər məlumdur.

Banklar

“Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”.

Bu banklar Qarabağda qanunsuz maliyyə əməliyyatları və çirkli pulların yuyulmasını həyata keçirir, eləcə də separatçılara maliyyə yardımları edirdi. Bunu ispat edən faktlardan biri də Dünya Bankının hesabatlarıdır. DB-nin 2019-cu il hesabatında bildirilirdi ki, “2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə isə 211 milyon dollar pul köçürülüb”.

Bu, Qarabağdakı İran banklarından Ermənistana köçürülən vəsaitlərdir. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edirdi.

Şirkətlər

“Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

Bunlar Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin və iş adamlarının bir qisminin siyahısıdır. İran bu şirkətlər və banklar vasitəsilə Qarabağa sərmayə qoyur, həm Azərbaycan sərvətlərini talayır, həm də Ermənistanın işğalçı siyasətinə dəstək verirdi. Hətta Qarabağdakı separatçı-terrorçu rejim İran üçün bölgədəki əsas “tərəfdaş” idi.

Şuşada Yuxarı Gövhərağa məscidinin “təmiri” də bu əməkdaşlığın bariz nümunələrindən biridir. Məscidin bərpası 2014-cü ildə İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü və “Part Saman Cahan” şirkətinin maliyyəsi ilə həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndi Ermənistanda memarlıq üzrə təhsil alıb. Məscidin bərpadan sonra açılış mərasimi Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun nümayəndələrinin iştirakı ilə baş tutub. Keçmiş separatçı rejimin qondarma “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində etiraf edirdi ki, Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir.

“İran mədəniyyətinin nümunəsi olan və “artsax”da (Qarabağ), xüsusən Şuşada yerləşən abidələr də bu qayğıdan bəhrələndi, çünki erməni-İran dostluğu dərin köklərə malikdir. Məcsid erməni-İran elmi-mədəni mərkəzi kimi fəaliyyət göstərəcək” – Avanesyan deyirdi.

Şuşanın işğaldan azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edilərək, farslaşdırıldığı faktı sənədlərlə ortaya çıxdı. Özünə İslam Respublikası deyən İran Şuşadakı məscidi “farslaşdırmaq” məqsədilə bərpa etsə də, digər məscidlərin dağıdılmasına, təhqir edilməsinə göz yumurdu.

İran işğal dövründə Qarabağdan narkoticarət üçün də istifadə edirdi:

- Əfqanıstan-İran-Qarabağ-Ermənistan-Gürcüstan marşrutu üzrə narkotik daşınırdı;

- Xammal şəkilində Qarabağa gətirilən narkotik maddələr burada qurulan laboratiyalarda istehsal olunur, o cümlədən, plantasiyalarda narkotika becərilirdi.

Məşhur “Vikiliks” saytı da bu haqda dəqiq informasiyalar dərc etmişdi.

İranın 44 günlük müharibə zamanı Azərbaycan ordusunun torpaqlarını işğaldan azad etməsinə qarşı atdığı addımlar da təkcə ermənilərə dəstəkdən yox, həm də Qarabağda qurduqları biznesdən məhrum olmaq qorxusundan qaynaqlanırdı. İran Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də işğalçı Ermənistana sona qədər dəstək verdi.

Müharibənin gedişində - 2020-ci il 5 oktyabr tarixində İran Xarici İşlər Nazirliyi bəyan etdi ki, “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”. Bu, Ermənistanın mövqeyinin müdafiəsi idi, lakin İran Azərbaycanın Vətən müharibəsinə təkcə siyasi bəyanatlarla qarşı çıxmır, ordumuzun hərəkətinə mane olmaq məqsədilə praktiki müstəvidə addımlar da atırdı.

- 44 gün ərzində Ermənistana silah daşınmasında İran tranzit rol oynadı: müharibə dövründə yayılan videogörüntülər də bunu sübut edirdi;

- İran kəşfiyyatı Araz çayı boyunca hərəkət edən Azərbaycan ordusunun ratsiya əlaqəsinə radioelektron vasitələrlə müdaxilə edir, rabitə əlaqəsinin pozulmasına çalışır, eləcə də topladıqları məlumatları Ermənistana ötürürdü;

- Müharibənin gedişində Azərbaycanın suveren ərazisinə soxulan İran hərbçiləri ordumuzun hərəkətinə mane olmaq üçün “beton sədlər” yerləşdiriblər: Azərbaycan komandirlərinin bütün xəbərdarlığına baxmayaraq, İran hərbçiləri geri çəkilməyib; ordumuz İran hərbçiləri ilə toqquşmamaq üçün 14 kilometr geri qayıdıb, əlavə 20 kilometr məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıblar. Aparılan danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk etsə də, onların əməlləri nəticəsində ordumuzun Zəngilan istiqamətindəki əməliyyatı gecikib;

Bütün bunlar İranın İkinci Qarabağ müharibəsində də işğalçı Ermənistana verdiyi dəstəyin məlum olan hissəsidir. 44 günlük müharibədən sonra da bu dəstək davam etdi. İran bir tərəfdən Azərbaycan sərhədinə “leşkər” toplayaraq, hədə-qorxu gəlməyə çalışır, digər tərəfdən Qarabağda qalan separatçıların tör-töküntülərinə yanacaq, qida və silahlar daşıyırdı.

Əvvəlcə İran TIR-ları qanunsuz olaraq, Xankəndiyə istədikləri yükləri daşıyırdısa, Azərbaycan tərəfinin etirazlarından sonra fərqli taktikaya əl atdılar: TIR-lara erməni nömrələri yapışdırır və bununla kamuflyaj olmağa çalışırdılar, lakin Azərbaycan bu saxtakarlıqları faktlarla ifşa etdi;

Prezident İlham Əliyev də bu haqda danışarkən, bildirmişdi ki, İran yük maşınlarına erməni maşın nömrələri yapışdırmağa çalışırdı.

“Belə bir saxtakarlığa da əl atdılar. Bizi aldatmağa çalışdılar. O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı. Onu da qeyd edim ki, eyni nömrələri bir neçə maşının üzərinə də yapışdırmışdılar. Bu iş çox nizamsız edilmişdi. Bu isə onu göstərir ki, bu işi davam etdirmək, lakin üstünü örtmək istəyirlər”, - dövlət başçısı vurğulamışdı.

İranın Qarabağdakı separatçılara dəstək cəhdləri 2023-cü ilin 20 sentyabrına – Azərbaycanın suverenliyinin tam bərpa edildiyi günə qədər davam etdi.

Birinci Qarabağ müharibəsi, işğal dövrü, 44 günlük Vətən müharibəsi və sonrakı 3 illik dövr. İran hər zaman Ermənistana əlindən gələn dəstəyi verib. Bu dəstək bu gün də bu və ya digər formada davam edir, misal üçün, Ermənistanın silahlandırılmasında əsas tranzit xətlərindən biri hələ də İrandır. Bütün bunlar faktlarla ispatlanıb, lakin İran hakimiyyəti həmişə bu faktları gizlətməyə və təkzib etməyə çalışır. Əli Mütəhhərinin etirafı isə İranın əməllərini tamamilə ifşa edir. Və bir daha məlum olur ki, İran üçün İslam dini yox, yalnız maraqları önəmlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
7
axar.az

10Источники