Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun "Nyukasl"ın forvardı Aleksander İsaka həftəlik nə qədər maaş vermək istədiyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Guardian" yayıb.
Ərəblərin "Liverpul"un istədiyi 25 yaşlı futbolçuya həftəlik 600 min funt sterlinq ödəməyə hazır olduqları vurğulanıb. Bu məbləğdən vergi tutulmayacağı, üstəlik, təklifi qəbul edəcəyi təqdirdə, Aleksanderin müxtəlif bonuslar şəklində əlavə pullar qazana biləcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, İsak "Nyukasl"da futbolçu vergi ödənişləri və ən azı 47% təşkil edən sığorta haqları çıxıldıqdan sonra həftəyə 120 min funt sterlinq qazanır.