RU

Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA

İyulun 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, iyulun 26-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Qaxda 5, Bakıda və Abşeron yarımadası, eyni zamanda Yevlaxda 3, Gədəbəy, Daşkəsən, Naftalan, Şəki, Oğuz, Zaqatala, Tərtər, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Tovuz və Mingəçevirdə 1 mm-dir.

İyulun 25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti qeydə alınıb.


Избранный
44
43
news24.az

10Источники