RU

İranda məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

News365.az xəbər verir ki, bu barədə “Tasnim news” agentliyi məlumat yayıb.

Bundan başqa, 22 nəfərin yaralandığı bildirilir.

Həlak olan və yaralananların əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadın və bir uşaq da var.

***

Zahidan şəhərində məhkəmə binasına edilən hücumda 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu barədə News365.az “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir.

    Hücumu həyata keçirənlərdən üç nəfər zərərsizləşdirilib.

    ***

    Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.

    News365.az bu barədə İran mediasına istinadən xəbər verir.

      Bildirilib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

      Избранный
      27
      5
      news365.az

      10Источники