RU

Simpsonlar haqlıdırsa, Kasıbın SONU YAXINDADIR – Dollar tamamilə ÇÖKÜR!

"Bakuinfo" xəbər verir ki, 1989-cu ildən bəri fasiləsiz yayımlanan və nəsildən-nəslə maraqla izlənilən “Simpsonlar” serialı təkcə yumorla deyil, “kehanətləri” ilə də daim gündəmdə qalır. Serialda daha öncə Donald Trampın ABŞ prezidenti olması, Bitcoin-in yüksəlişi, “meymun çiçəyi” virusu kimi hadisələrin qabaqcadan göstərilməsi izləyicilər arasında heyrət doğurmuşdu.

İndi isə sosial şəbəkələrdə yayılan yeni bir iddia yenidən gündəm yaradıb. Diqqətli fanatlar serialın bir bölümündə ABŞ dolları ilə bağlı olduqca maraqlı bir proqnozun yer aldığını ortaya çıxarıb.

2026-cı ildə “iqtisadi zəlzələ” olacaq?

Simpsonlar izləyicilərinə görə, 2024-cü ildə Bitcoin-in sıçrayışını dəqiq göstərən serial, indi də 2026-cı ildə bütün dünyanı əhatə edəcək böyük bir iqtisadi böhranı proqnozlaşdırır. Serialdakı epizoda əsasən, bu böhran nəticəsində ABŞ dolları öz dəyərini tamamilə itirəcək.

Daha da maraqlısı odur ki, dolların yerini rəqəmsal valyutalar – xüsusilə də Bitcoin kimi kriptovalyutalar tutacaq. Bu, qlobal maliyyə sistemində "iqtisadi inqilab" kimi dəyərləndirilir.

Ekspertlər nə deyir?

İqtisadçı Rəşad Həsənov məsələ ilə bağlı bildirib:"Simpsonlar” serialı əyləncə məqsədli kontent olsa da, bəzi mövzuların reallaşması təəccüb doğurur. 2026-cı ildə qlobal iqtisadi sarsıntı və rəqəmsal valyutalara keçid ehtimalı realdır, çünki artıq mərkəzi banklar belə öz rəqəmsal pullarını sınaqdan keçirirlər. Bu, sadəcə serial deyil, eyni zamanda ictimai fikrin bir aynasıdır."

Dolların sonu yaxınlaşırmı?

Hal-hazırda da ABŞ dolları bir çox ölkələrdə, o cümlədən Azərbaycanda əsas investisiya vasitələrindən biridir. Lakin bu cür “proqnozlar” investorların diqqətini rəqəmsal pullara yönəldə bilər.

Nəticə olaraq, Simpsonların bu “kehanəti” əyləncəmi, yoxsa gələcəyin ssenarisimi? 2026-cı il yaxınlaşdıqca bu sualın cavabını daha aydın görəcəyik.

Избранный
66
bakuinfo.net

1Источники