RU

İrandan etiraf: Qarabağın işğalında Ermənistana necə dəstək veriblər? - FAKTLAR

İranın Birinci və İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistana dəstək verdiyi, işğal dövründə və 44 günlük müharibədən sonra da Xankəndidəki separatçılara yardımlar etdiyi sirr deyil, lakin bunu daim gizlətməyə çalışıblar. İran parlamentinin Tehrandan seçilmiş deputatı Əli Mütəhhəri isə bu faktı açıq şəkildə etiraf edib.

Kəşmir mövzusunda İranın mövqeyi ilə bağlı məqalə qələmə alan Ə.Mütəhhəri yazır ki, “Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda baş verən münaqişədə də Azərbaycanın haqlı olmasına baxmayaraq, biz milli məsələlərə görə ümumilikdə Ermənistanın tərəfini tutduq”.

Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başlayanda İranın əməllərini izah edən məşhur bir deyim vardı: Azərbaycana saqqız, Ermənistana silah! Tehran erməni işğalından qaçan məcburi köçkünlərə “yardım” adı altında müəyyən “humanitar dəstək” göstərir və bununla Ermənistana silah dəstəyini ört-basdır etməyə çalışırdı. Hərçənd, Qarabağda işğal müharibəsinin əsas dəstəkçiləri arasında İran da yer alırdı. Hətta, Şuşanın işğalında birbaşa rol oynadığı da faktdır.

1992-ci ildə İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək təklifini irəli sürdü. Bu təklifə əsasən tərəflər Tehranda danışıqlara başladı. Cəbhədə baş verənlər bu danışıqların oyun olduğunu deməyə əsas verir. Çünki Ermənistan diqqətin Tehran danışıqlarında olmasından istifadə edərək, Şuşanı işğal etdi. Həmin danışıqlarda iştirak etmiş keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, “İran Şuşanın işğalı ilə bağlı Ermənistana heç narazılıq da bildirmədi”.

Əli Mütəhhərinin etirafı da İranın Qarabağın işğalına birbaşa dəstək verdiyini təsdiq edir. 30 ilə yaxın davam edən işğal dövründə isə İran bir neçə istiqamətdə fəaliyyət göstərirdi.

- Qarabağdakı separatçıların yanacaqdan tutmuş, qidaya qədər bütün ehtiyaclarını təmin edirdi;

- Şəhərləri, yaşayış məntəqələri, təbii sərvətləri talayırdı: bütün tikinti materialları İrana daşınırdı;

- İran şirkətləri Qarabağda qanunsuz şəkildə fəaliyyət göstərir, böyük pullar qazanırdılar;

- İran Qarabağdan “boz zona” kimi istifadə edirdi;

İranın işğal dövründə Qarabağda fəaliyyət göstərmiş bank və şirkətlərinin adlarına qədər məlumdur.

Banklar

“Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”.

Bu banklar Qarabağda qanunsuz maliyyə əməliyyatları və çirkli pulların yuyulmasını həyata keçirir, eləcə də separatçılara maliyyə yardımları edirdi. Bunu ispat edən faktlardan biri də Dünya Bankının hesabatlarıdır. DB-nin 2019-cu il hesabatında bildirilirdi ki, “2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə isə 211 milyon dollar pul köçürülüb”.

Bu, Qarabağdakı İran banklarından Ermənistana köçürülən vəsaitlərdir. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edirdi.

 

Избранный
85
7
hurriyyet.az

10Источники