RU

"Qarabağ"ın sabiq ulduzu "Lester"ə keçdi

  Hazırda azad agent olan Asmir Beqoviç karyerasını "Lester"də davam etdirəcək.

Referans xəbər verir ki, Bosniya və herseqovinalı qapıçı "tülkülər"lə bir illik müqavilə bağlayacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Xatırladaq ki, "Lester" 2025-26 mövsümündə Çempionşipdə mübarizə aparacaq.

Qeyd edək ki, 38 yaşlı qolkiperin son klubu "Everton" olub. O, 2019-20 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.

Избранный
15
2
referans.az

3Источники