Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, ötən gün kanalda batan rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri S.Musayevin meyitini batdığı yerdən 16km aralıda sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Ziya Əmirxanlı