RU

''Fənərbaxça'' İtaliyadan iki təklifi geri çevirdi

Hakan Çalhanoğlu ilə danışıqlar aparan, Milan Şkrinyar və Marko Asensio kimi önəmli isimlərin keçidini tamamlamaq üzrə olan ''Fənərbaxça''ya İtaliyadan iki sürpriz təklif gəlib. Ancaq İstanbul nəhəngi Joze Mourinyonun qərarı ilə hər iki təklifi geri çevirib.

İlk təklif Sebastyan Şimanski üçün gəlib. Belə ki, ''Atalanta'' uzun müddətdi, təqib etdiyi polşalı ulduza görə 10 milyon avro təklif edib. Ancaq ''Fənər'' italyanlardan 25 milyon avro tələb edib.

Berqamoluların isə büdcəsi indiki məqam üçün bu məbləği ödəməyə imkan vermir. Ancaq önümüzdəki dönəmdə A seriyası təmsilçisi müəyyən oyunçu satışları həyata keçirdikdən sonra yenidən ''Fənər''in ''qapısını döyə bilər''. Mourinyo birmənalı şəkildə Şimanskinin qalmasını tələb etməyib. Bununla belə o, yalnız dəyərinə uyğun təklif gələcəyi təqdirdə bu futbolçunun satılmasına razıdı.

Türkiyədə ikinci mövsümünü başa vuran 26 yaşlı yarımmüdafiəçi bu müddətdə ''Fənər''də 108 rəsmi oyuna çıxaraq aktivinə 20 qol, 28 məhsuldar ötürmə yazıb. İtaliyadan təklif alan digər futbolçu isə gənc Yusuf Akçiçəkdi. Belə ki, 19 yaşlı mərkəz müdafiəçisi ''Bolonya''nın ciddi maraq dairəsinə düşüb. Ancaq Mourinyo rəhbərliyə yeni mövsümdə də Yusufun xidmətindən faydalanmaq niyyətində olduğunu bildirib. Bu futbolçu zatən Mourinyonun öz kəşfidi. Portuqaliyalı mütəxəssis ötən mövsüm ''Qalatasaray''la səfər oyunu da daxil olmaqla bəzi vacib qarşılaşmalarda bu oyunçuya start heyətində şans verməkdən çəkinməmişdi.

Yusufa bu transfer dönəminin başında ''Marsel''dən də ciddi maraq var idi. İstedadlı futbolçu Türkiyə yığmasına da dəvət olunan Yusuf ötən mövsüm ''Fənər''də 20 rəsmi oyunda 2 qol, 1 məhsuldar ötürmə yazıb.

Избранный
61
football-plus.az

1Источники