RU

Avstraliya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Avstraliyanın Makkuari adasının sahillərində 6,2 bal gücündəzəlzələ qeydə alınıb.

Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.

Zəlzələnin episentri Yeni Zelandiyanın təxminən 144 000 nəfərəhalisi olan Dunedin şəhərindən 1578 kilometr cənub-qərbdəyerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.Həmçinin sunami təhlükəsi elan olunmayıb.

Избранный
23
az.trend.az

1Источники