RU

Tailand qırıcıları Kambocaya bir gündə iki dəfə zərbələr endirib

Tailand Hərbi Hava Qüvvələri (HHQ) sərhəd bölgələrində Kamboca ordusunun mövqelərinə hava zərbələri endirmək üçün bir gündə iki dəfə "F-16" və "JAS 39 Gripen" qırıcılarından istifadə edib.
 
Bu barədə "The Nation" qəzeti məlumat yayıb.
 
Məlumata görə, Tailand qırıcıları Surin əyalətində yerləşən Ta Kvay məbədi kompleksi ərazisində Kamboca hərbçilərinin mövqelərinə hücum ediblər.
 
Qeyd olunur ki, daha əvvəl də Tailand HHQ Phu Makua və Ta Muen Tom məbəd komplekslərinin yaxınlığında Kamboca artilleriya bölmələrinə bir sıra hava zərbələri endirib.
Избранный
16
2
moderator.az

3Источники