RU

Ağ səs-küy yuxu keyfiyyətini yaxşılaşdırır: Amma düzgün istifadəsi vacibdir

SberZdorovye Tibb Şirkətinin nevroloqu Polina Lepilova bildirib ki, ağ səs-küy həm böyüklərdə, həm də uşaqlarda yuxu keyfiyyətini artırmağa və diqqəti toplamağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, o, bu üsulun xüsusilə tez yuxuya getməkdə çətinlik çəkənlər üçün faydalı olduğunu qeyd edib.

Həkimin sözlərinə görə, ağ səs-küy avtomobil siqnalları, it hürməsi, qapı çırpılması kimi kənar səsləri arxa plana ataraq daha sakit bir mühit yaradır. Araşdırmalar göstərir ki, bu üsul böyüklərdə daha tez yuxuya getməyə, yuxunun davamlılığını artırmağa və gecə oyanmalarının qarşısını almağa kömək edir.

Yeni doğulmuş körpələrdə ağ səs-küy ağrını azalda, tənəffüs və ürək döyüntüsünü normallaşdıra və çəki artımına dəstək ola bilər. Həmçinin diqqət çatışmazlığı sindromu olan uşaqlarda konsentrasiyanı artırmaqda da effektivdir.

Lepilova xəbərdarlıq edir ki, ağ səs-küy düzgün istifadə olunmadıqda bəzi mənfi təsirlər də göstərə bilər. Uzunmüddətli və yüksək səviyyəli səs-küy eşitmə qabiliyyətini zəiflədə və beyindəki səs ayırdetmə funksiyasını poza bilər. Bu, beynin səs siqnallarını düzgün ayırd etmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Uşaqlarda ağ səs-küydən daim istifadə sükutda yuxuya getmə bacarığını zəiflədə bilər. Buna görə də, bu metodu yalnız yuxuya getməkdə çətinlik yaşandıqda və ya diqqəti toplamaq lazım gəldikdə istifadə etmək məsləhətdir.

Doğru istifadə qaydası

Ağ səs-küy yaradan cihaz başdan ən azı 2 metr uzaqda yerləşdirilməlidir. Səsin səviyyəsi isə pıçıltı və ya sakit bir söhbət qədər olmalıdır. Bu şəkildə istifadə edildikdə, ağ səs-küy yuxu və konsentrasiya üçün faydalı bir vasitəyə çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Избранный
32
e-saglam.az

1Источники