Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.
Hadisənin törədilməsində şübhəli bilinən İ. Məmmədov və R. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür.