RU

Rusiya yenidən Ermənistana qaz verəcək

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstanda aparılan təcili bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.

Axar.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz – Cənubi Qafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılan təbii qazın Ermənistana verilməsi bərpa edilib”, - məlumatda deyilib.

Qeyd edək ki, iyulun 24-də Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
129
10
axar.az

10Источники