RU

Məşhur oliqarxa qarşı cinayət işi açıldı

Rumıniyanın Daxili İşlər Nazirliyi moldovalı oliqarx Vladimir Plahotniuka qarşı onun bəzi sənədlərinin saxta olması şübhəsi ilə bağlı cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin struktur bölmələri səviyyəsində aparılan yoxlamalar nəticəsində sahibinin şəxsiyyətini təsdiq edən məlumatları təhrif etmək məqsədi ilə bəzi rəsmi sənədlərin - iki şəxsiyyət vəsiqəsinin, iki sürücülük vəsiqəsinin və bir pasportun mexaniki qaydada yenidən yazılmasından ibarət saxtakarlığın mümkünlüyü barədə əsaslı şübhələr yaranıb”, - deyə idarədən bildirilib.

Faktla bağlı Rumıniya Polisinin Cinayət Axtarış Departamenti səviyyəsində cinayət işi açıldığı vurğulanıb.

Bundan əvvəl Moldova Respublikasının Prokurorluğu bir sıra ağır cinayətlərdə, xüsusən də cinayət təşkilatının yaradılmasında və idarə olunmasında, həmçinin külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında şübhəli bilinən Respublika Demokratik Partiyasının keçmiş lideri Vladimir Plahotniukun ekstradisiyası üçün Yunanıstanın hakimiyyət orqanlarına sorğu göndərib.

Избранный
64
50
publika.az

10Источники