“Neftçi” qapıçı transferini rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bosniya və Hersoqovina millisinin qolkiperi Kenan Piriç artıq "ağ-qaralar"ın üzvüdü. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Onun son klubu Türkiyənin “Antalyaspor” komandası olub.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Cənubi Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Hersoqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. O, 2 dəfə Bosniya və Hersoqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта