RU

ABŞ federal qaydaların sayını süni intellektlə yarıya endirməyi planlaşdırır

Bakı. Trend:

ABŞ-nin Dövlət Səmərəliliyi Departamenti (DOGE) Donald Trampınikinci prezidentliyinin ilk ildönümünə qədər federal tənzimləmənormalarının sayını yarıya endirmək məqsədilə süni intellekttexnologiyalarından istifadə etməyi planlaşdırır.

Trend-in“Washington Post”a istinadən verdiyi məlumata görə, departamentartıq qanunla tələb olunmayan və ləğv edilə bilən normativ aktlarımüəyyənləşdirmək üçün təxminən 200 000 federal tənzimləməni təhliletməyə qadir olan süni intellektə əsaslanan xüsusi bir vasitəhazırlayıb.

Mənbələrin bildirdiyinə görə, bu proses nəticəsində 100 000-dəknormativ aktın ləğvi nəzərdə tutulur. Layihənin əsas məqsədi“Amerikanı 20 Yanvar 2026-cı ildə yenidən başlatmaq” kimi təqdimolunur. Bu yanaşma vasitəsilə həm tənzimləmə yükünün, həm dəfederal büdcə xərclərinin azaldılması, eləcə də xariciinvestisiyaların cəlb olunması sayəsində trilyonlarla dollar qənaətediləcəyi vurğulanır.

Təqdim edilən məlumata əsasən, süni intellekt aləti artıq ikihəftə ərzində Mənzil və Şəhərsalma Nazirliyində (HUD) qaydaların1083 bölməsi üzrə qərar vermək üçün test edilib.

Избранный
19
az.trend.az

1Источники