RU

Rumıniyada 40°C-dən yuxarı istilər gözlənilir

Bakı. Trend:

Rumıniyada şənbə və bazar günləri hava şəraitinin daha da istikeçəcəyi gözlənilir.

Trend-in “Digi24”əistinadən verdiyi məlumata görə, ölkənin meteorologiya idarəsiiyulun 26-dan etibarən cənub bölgələri üçün “qırmızı” səviyyədəisti hava dalğası ilə bağlı xəbərdarlıq yayıb. Qeyd olunur ki, bəziərazilərdə temperatur gündüz saatlarında 43°C-yə çatacaq və 45-46°Ckimi hiss oluna bilər.

Paytaxt Buxarestdə də 42°C-yə qədər istilik proqnozlaşdırılır.Gecələr isə havanın temperaturu 25-22°C-dən aşağı düşməyəcək.

Ən isti gün şənbə olacaq. Lakin yüksək temperatur şəraiti bazarvə bazar ertəsi də bir çox bölgələrdə davam edəcək.

İsti hava dalğasının ardınca ölkənin əksər ərazilərində leysanyağışlar, tufan və dolu müşahidə olunacağı gözlənilir.Meteoroloqlar əhalini diqqətli olmağa və rəsmi qurumlarınxəbərdarlıqlarına əməl etməyə çağırıb.

Избранный
42
1
az.trend.az

2Источники