RU

Ukraynanın Rusiyaya qarşı əks-hücum planı necə pozuldu? - İlon Maskın Kiyevə xəyanətinin üstü açıldı...


Amerikalı milyarder İlon Maskın Ukrayna ordusunun Rusiyaya qarşı əks-hücumunun qarşısını alan əmri ortaya çıxıb.

“Reuters”in məlumatına görə, Mask 2022-ci ilin payızında Ukraynanın cənubundakı Xerson vilayətində və bir sıra digər münaqişə bölgələrində Starlink peyk rabitəsinin dayandırılmasını əmr edib.

Agentliyə danışan üç mənbənin sözlərinə görə, bu qərar Ukrayna hərbçilərinin Berislav yaxınlığındakı Rusiya mövqelərini mühasirəyə almaq planlarını pozub. Həmin vaxt SpaceX mühəndisləri Maskın əmri ilə ərazidə şəbəkəni məhdudlaşdırıblar. Qəfil əlaqənin kəsilməsi Ukrayna əsgərləri arasında çaxnaşma yaradıb və əməliyyat uğursuzluqla nəticələnib.

TAHİR

Избранный
107
46
baki-xeber.com

10Источники