RU

"Qarabağ"a asan təslim olmayacağıq"

"Şelburn"un baş məşqçisi Co Obrayn hələ də UEFA Çempionlar Liqası ilə bağlı ümidini itirmir. 39 yaşlı mütəxəssis ikinci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, təslim olmaq istəmir.

Gənc çalışdırıcı Bakıda baş tutacaq cavab qarşılaşmasında uğurlu nəticə qazanmağa çalışacaqlarını deyir: "Uzaq yol qət edib Bakıda futbol oynamaq əla hiss olacaq. Orada çıxış etmək çətindir. "Qarabağ" evdə çox güclüdür. Öz meydanımızdakı məğlubiyyətə baxmayaraq, səfərdə asan təslim olmayacağıq. Mənim futbol fəlsəfəmdə belə bir şey yoxdur. Plan hazırlayıb, hücum futbolu oynamalı və yenə sürpriz nəticə qazanmağa çalışmalıyıq. Bakıdakı mübarizə bizim üçün böyük oyun olacaq. İkinci təsnifat mərhələsi, səfər matçı uşaqlıqdan xəyallarını qurduğum bir hadisədir. Ümid edirəm ki, oyunundan narazı qalan futbolçularımız gələn həftə əsl güclərini ortaya qoyacaqlar".

Xatırladaq ki, cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Избранный
3
1
azerbaijan-news.az

2Источники