RU

Vens 2028-ci il prezident seçkilərində namizəd ola bilər - Rubio

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcəkprezident seçkilərində dövlət başçısı postuna namizədliyini irəlisürə biləcəyi istisna edilmir.

Trend-inməlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio FoxNews telekanalına verdiyi müsahibədə danışıb.

“Fikrimcə, Cey Di çox yaxşı bir namizəd ola bilər”, – deyə obildirib.

Rubiodan həmçinin, özü 2028-ci ildə prezidentliyə namizəd olmaqniyyətində olub-olmadığı da soruşulub. O bu suala belə cavab verib:“Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmur. Heç bir variantıistisna etmirəm”.

Dövlət katibi əlavə edib ki, hazırda bütün diqqətini özvəzifəsinə yönəldib: “Prezident mənə icazə verdiyi müddətcə bu işləməşğul olmaq istəyirəm. Hesab edirəm ki, bu şəkildə ölkəmə layiqlixidmət göstərə bilərəm”.

Избранный
56
3
az.trend.az

4Источники