RU

ABŞ-də silahlı hücum - 11 nəfər yaralandı

Şənbə günü ABŞ-nin Travers-siti (Miçiqan) şəhərində “Walmart” supermarketində naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 11 nəfər xəsarət alıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ştat polisi də öz növbəsində şübhəlinin saxlanıldığını bildirib. "Şübhəli şəxs həbsdədir, hadisənin təfərrüatları barədə məlumat hələ də məhduddur", - yerli hüquq-mühafizə orqanları “X”də paylaşılan məlumatda bildiriblər.

Polis hadisə ilə bağlı araşdırma aparır. Hücumun motivləri və zərərçəkənlərin səhhəti barədə hələ məlumat verilmir.

"Cebheinfo.az"

Избранный
14
5
cebheinfo.az

10Источники