RU

Türkiyədə yanğınlar səngimir VİDEO

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az Türkiyə mediasının yaydığı məlumatlara istinadən xəbər verir ki, meşə yanğınları şəhərdə yaşayış binalarına yaxınlaşır. Ölkədə bir neçə həftədir ki, həddindən artıq istilər fonunda irimiqyaslı yanğınlar davam edir.

pic.twitter.com/u5zj9ibvFl

— Ahmadov (@BigAhmadov) July 26, 2025

“Akkuyu” Atom Elektirk Stansiyasının (AES) tikinti sahəsində meşə yanğınları başlayıb. Yanğının söndürülməsinə Rusiya istehsalı olan “Be-200” təyyarələri və “Mi-8” helikopterləri cəlb edilib.

Yanğınlar Türkiyənin kurortlarına da çatıb | VİDEO

Obyektin tikintisində 10 mindən çox rusiyalı işləyir. Zərərçəkənlər barədə məlumat yoxdur.

Bundan əvvəl Türkiyə rəsmiləri ölkənin şimal-qərbində yerləşən 5 vilayətdə: Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisada meşə yanğınlarının yaşandığı barədə açıqlama vermişdilər.

pic.twitter.com/Aa7zyxRaRn

— Ahmadov (@BigAhmadov) July 26, 2025

Türkiyədə tüğyan edən meşə yanğınları həmçinin Antalya kurort şəhəri ilə yanaşı, Aksu, Muratpaşa və Manavqat qəsəbələrinə də sirayət edib. Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaqlının sözlərinə görə, yanğınlar nəticəsində 10 nəfər ölüb. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
azvision.az

2Источники