RU

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

Bakı. Trend:

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axınınəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinintəmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiktədbirlər həyata keçirilir.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsindəpolis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürəthəddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarəedilməsinin yolverilməzliyi barədə məlumat verirlər.

Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanıntəmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətləraparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək,azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativhallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyəolunur.

Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdəmüxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə dəprofilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izahedilir.

Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraqdavam etdiriləcək.

Избранный
30
45
az.trend.az

10Источники