RU

Gerasimov vəzifəsindən uzaqlaşdırılır: Yeni namizəd...

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov işdən çıxarılmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “İnsayder” Teleqram kanalı məlumat yayıb.

“Prezident Administrasiyasında Baş Qərargah rəisinin istedadının tükətdiyini etiraf edirlər və o, daha gənc və daha mütərəqqi general timsalında əvəzləyici tapmalıdır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, arftıq Gerasimovun toxunulmazlığını qoruyub saxlamaqla işdən çıxarılmasını rəsmiləşdirmək istəyirlər:

“Gerasimov cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsi olmadan qocalığını yaşayacaq və istəsə, Baş Qərargah Akademiyasının rektoru postunu tuta biləcək və burada şəxsi heyətin nəzəri hazırlığına diqqət yetirəcək”.

Избранный
28
1
axar.az

2Источники