RU

70 il sonra tarix dəyişir: Avstriya neytrallıqdan imtina etməyə hazırlaşır

Avstriya neytral statusundan imtina etmək və NATO-ya daxil olmaq imkanını nəzərdən keçirir.
 
Bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində bildirib.
 
"Aydındır ki, təkcə neytrallıq bizim təhlükəsizliyimizi təmin edə bilməz", - deyə nazir vurğulayıb.
 
Onun sözlərinə görə, bu qərarın əsas səbəbləri dünyada artan qeyri-sabitlik və Rusiyanın aqressiv davranışlarıdır.
 
Xarici işlər naziri hesab edir ki, ölkənin müdafiəsinə zəmanət verə biləcək yeganə yol müdafiəyə sərmayələrin artırılması və beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.
 
Qeyd edək ki, Avstriya 1955-ci ildə daimi neytrallıq statusunu qəbul edib. Bu prinsip ölkənin konstitusiyasında da təsbit olunub. Lakin buna baxmayaraq, Avstriya zaman-zaman NATO ilə müxtəlif əməkdaşlıq proqramlarında iştirak edir. /Oxu.az/
 
Избранный
75
6
moderator.az

7Источники