“Report” xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında yazıb.
Zelenski deyib ki, onlar iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.
"Biz avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik. Avropadan nümayəndələr iştirak etməlidir", - o bildirib.
Bundan əlavə, Zelenski və Makron Fransadan Ukraynaya hərbi yardım, xüsusilə SAMP/T və Crotale zenit-raket sistemləri üçün əlavə raketlərin tədarükü, həmçinin Ukraynada pilotsuz təyyarələrinin istehsalının maliyyələşdirilməsini müzakirə ediblər.
Makron isə X sosial şəbəkəsində yazıb ki, Fransa Ukraynaya dəstəyini bir daha təsdiləyib: "Biz Ukraynaya yardımı artırmağa və Rusiyaya təzyiqi artırmağa davam edəcəyik. Rusiya avropalıların iştirakı ilə davamlı sülhə dair danışıqlara yol açacaq atəşkəsə razılaşmalıdır".
8Источники
-
poliqon.infoMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759844)
-
aznews.azMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759598)
-
moderator.azMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759559)
-
demokrat.azMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759430)
-
bakivaxti.azMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759361)
-
ikisahil.azMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759328)
-
news365.azMakrondan AÇIQLAMA: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759277)
-
report.azMakron: Rusiya atəşkəsə razılaşmalıdır ( 19759223)