RU

“Bu, baş məşqçinin qərarıdır”

“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın qapıçısı Mark-Andre ter Ştegendən kapitanlıq sarğısının alına biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" nəşri futbolçunun dediklərini belə çatdırıb.

“Bu, məşqçinin qərar verəcəyi məsələdir. Düşünürəm ki, komanda Barselonaya qayıtdıqdan sonra bu barədə açıqlama veriləcək. Ötən il kapitanlıq üçün səsvermə keçirilmişdi. Bu il necə olacağını bilmirəm, ona görə də qayıdışı gözləyək və görək”, – deyə Qarsiya bildirib.

Xatırladaq ki, bundan əvvəl İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Barselona” rəhbərliyi və məşqçilər heyəti Almaniyalı qapıçının kapitanlıqdan uzaqlaşdırılması ilə bağlı razılığa gəlib. Klubda hesab edirlər ki, komandada oyunçularla məşqçilər heyəti arasında daha güclü əlaqə yarada biləcək yeni bir liderə ehtiyac var.

Избранный
40
90deqiqe.az

1Источники