RU

Mini ətək geyindiyinə görə işdən qovuldu

Bloqer işə başladığı gün geyiminə görə işdən çıxarılıb.

Publika.az xəbər verir ki, İngiltərədən olan bloqer Karishma yeni işə başladığı günün səhəri geyiminə görə işdən çıxarılıb.

Karishma bu barədə məlumatı 303 min izləyicisi olan Instagram hesabında paylaşıb.

Bloqerin sözlərinə görə o, iş yerində cəmi bir saat qalıb. Daha sonra insan resursları üzrə əməkdaş onu otağına çağıraraq, əməkdaşlığın mümkün olmadığını bildirib. Karishma bunun səbəbinin geyimi olduğunu düşünür. Paylaşdığı videoda onun əynində qısa, toxunma sviter və yüksək yarıqlı mini ətək olub.

Избранный
104
4
publika.az

10Источники