ABŞ və Avropa İttifaqı ticarət sazişi üzrə razılığa gəliblər.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Bundan əvvəl "Bloomberg" yazıb ki , Vaşinqtonla razılaşma baş tutmasa və Tramp vəd etdiyi rüsumları tətbiq edərsə, Avropa İttifaqı 117 milyard dollar dəyərində ABŞ mallarına 30% rüsum tətbiq etməyi planlaşdırır.
"Tariflər tətbiq olunarsa, ABŞ-nin ixracı, o cümlədən "Boeing" təyyarələri, ABŞ istehsalı avtomobillər və burbon kimi istehsal məhsulları, Trampın 30% təhlükəsi ilə müqayisə edilə biləcək bir vergi ilə üzləşəcək", - agentliyin mənbələri bildirib.
Turan İSMAYIL