RU

Mehmet Demirkol “Fəxri Fərman”la təltif edilib

POLIQON JURNALI MMC-nin Türkiyə bürosunun rəhbəri, tanınmış jurnalist Mehmet Demirkol Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi, habelə Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi və müdafiə sənayesindəki yeniliklərin ictimaiyyətə çatdırılmasında POLIQON JURNALI ilə səmərəli əməkdaşlığa görə “Fəxri Fərman”la təltif edilib.

“Poliqon” xəbər verir ki, mükafat Mehmet Demirkola Türkiyədə təqdim olunub. O, göstərilən etimada görə, POLIQON JURNALI MMC-nin direktoru Zaur Babaşova təşəkkürünü bildirib və gələcək fəaliyyətində daha böyük əzmlə çalışacağını vurğulayıb.

Qeyd edək ki, Mehmet Demirkol 10 ildən artıqdır POLIQON JURNALI-nın Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərir. Bu müddət ərzində o, Azərbaycan-Türkiyə hərbi və müdafiə sənayesi əlaqələrinin işıqlandırılmasında, informasiya mübadiləsinin gücləndirilməsində mühüm rol oynayıb və jurnalın beynəlxalq arenada tanıdılmasına töhfə verib.

Избранный
45
poliqon.az

1Источники