Suriyada ötən ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra ilk seçkilərin tarixi dəqiqləşməyə başlayır.
Suriya Xalq Məclisinin Seçkilər üzrə Ali Komitəsinin sədri Məhəmməd Taha Əl-Əhməd bildirib ki, dünən prezident Əhməd əl-Şara seçki sistemində həyata keçirilən dəyişikliklər və fəaliyyətlərlə bağlı məlumatlandırılıb.
O həmçinin parlament seçkilərinin sentyabr ayına təyin edildiyini açıqlayıb.