RU

VALMART MAĞAZASINDA BIÇAQLI HÜCUM BAŞ VERİB » AzadMedia.az

VALMART

ABŞ-ın Mişiqan ştatında yerləşən Traverse City bölgəsində Walmart mağazasında baş verən hücum nəticəsində 11 nəfər bıçaqlanıb. Hadisə yerli vaxtla 26 iyul saat 16:43-də qeydə alınıb. Grand Traverse County Şerif İdarəsinin məlumatına əsasən, 42 yaşlı Bradford Ceyms Gille adlı şəxs mağazaya daxil olaraq, qatlanan bıçaqla alıcılara və mağaza əməkdaşlarına hücum edib.

Hücumun ilkin mərhələsində mağazada olan bir qrup vətəndaşın, o cümlədən silahlı bir şəxsin müdaxiləsi nəticəsində şübhəli şəxs zərərsizləşdirilib və qaçmasının qarşısı alınıb. Hadisə yerinə 3 dəqiqə ərzində gələn şerif köməkçisi tərəfindən Gille nəzarət altına alınıb və Grand Traverse County həbsxanasına aparılıb.

Rəsmi məlumata görə, yaralanan şəxslər arasında 29 və 84 yaş aralığında olan qadın və kişilər var. Onlardan altısının vəziyyəti kritik olaraq qiymətləndirilir. Yaralılar yaxınlıqdakı Munson Tibb Mərkəzinə çatdırılıb.

Grand Traverse County Şerifi Maykl Şea bildirib ki, şübhəli şəxsin barəsində bir terror aktı və 11 qəsdən adam öldürməyə cəhd maddələri üzrə ittiham irəli sürüləcək. Onun əvvəllər də zorakılıq və narkotik vasitələrlə bağlı hüquqazidd əməlləri qeydə alınıb.

Hadisənin motivi hələlik məlum deyil. Federal Təhqiqat Bürosu və digər hüquq-mühafizə orqanları istintaqı davam etdirir.

Избранный
38
1
azadmedia.az

2Источники