RU

İngiltərənin qadınlardan ibarət milli komandası ardıcıl ikinci dəfə Avropa çempionu oldu

İngiltərənin qadınlardan ibarət yığması futbol üzrə Avropa çempionatının finalında İspaniya millisinə penaltilər seriyasında qalib gəlib.
 
Moderator.az xəbər verir ki, İsveçrənin Bazel şəhərində keçirilmiş final görüşündə əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb.
 
Penaltilər seriyasında ingilislər 3:1 hesabı ilə daha güclü olublar. Beləliklə, İngiltərə millisi ikinci dəfə ard-arda Avropa çempionu adını qazanıb
 
Qeyd edək ki, İspaniya yığması hazırkı dünya çempionudur. 2023-cü il turnirinin finalında ispan qadınlar ingilislərə 1:0 hesabı ilə qalib gəliblər.
 
Избранный
11
moderator.az

1Источники