RU

Niqab taxmaq qadağan edilir - Səbəbi açıqlandı

Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edilməsini ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib.
 
Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.
 
Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.
 
İnsanın üzünü örtməyən hicab kimi dini geyim elementlərinə yeni qanunda toxunulmur.
 
Qeyd edək ki, iyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də niqabın geyinilməsini qadağan edən qanun imzalayıb. (Publika.az)
Избранный
81
22
moderator.az

10Источники