RU

Böyük Britaniya Çinlə münaqişə vəziyyətində Tayvana kömək edəcəyinə söz verib

Çinlə münaqişə yaranacağı təqdirdə London Tayvana kömək edəcək.

Operativ Media xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Con Hill Avstraliyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"Əgər döyüşməli olsaq, əvvəllər etdiyimiz kimi, Avstraliya və Böyük Britaniya birlikdə döyüşəcək. Biz birgə təlimlər keçiririk və birlikdə hazırlaşırıq ki, bu da bizə məhdudlaşdırıcı qüvvə olmağa kömək edir", deyə Hill bildirib.

Избранный
22
operativmedia.az

1Источники