ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edilməsini ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Polisia.kz” hüquq-mühafizə portalı məlumat yayıb.
Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.
Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.
İnsanın üzünü örtməyən hicab kimi dini geyim elementlərinə yeni qanunda toxunulmur.
Qeyd edək ki, iyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də niqabın geyinilməsini qadağan edən qanun imzalayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.