RU

Polis Tatlısəsin qızını saxlamaq üçün atəş açdı – Video


Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Bodrumda “Saxla” əmrinə tabe olmayaraq, avtomobilini polisin üzərinə sürüb.
Yeniavaz.com
NTV telekanalına istinadla xəbər verir ki, nəticədə polis havaya atəş açaraq onu dayandırmağa məcbur olub.
Belə ki, polis hərəkətin təhlükəsizliyi üçün təhlükə yaradan Dilan Çıtakı saxlayaraq sürücülük vəsiqəsini istəyib. Ancaq “Saxla” əmrinə tabe olmayan Çıtak qaçmaq istəyərkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis silahını çıxararaq Çıtakdan maşından düşməsini istəyib. Dilan Çıtak maşını yenidən sürmək istədikdə polis havaya atəş açıb.
Hadisə yerinə çox sayda polis cəlb edilib.
Bir müddət sonra avtomobidən düşən Çıtak saxlanılıb və polisin müşayiəti ilə polis bölməsinə aparılıb.




Избранный
34
yeniavaz.com

1Источники