Donald Tramp altı ayda 23 liderlə ikitərəfli görüş keçirib...
ABŞ prezidenti Donald Trampın dünya liderləri ilə əla münasibətləri var.
Poliqon xəbər verir, bu barədə Politico nəşri Ağ Evin mətbuat katibinin müavini Anna Kelliya istinadən məlumat yayıb.
“Prezident Trampın xarici liderlərlə möhkəm münasibətləri var, bu səbəbdən o, sələflərindən fərqli olaraq daha çox ikitərəfli səfərlər həyata keçirib”, deyə Kelli bildirib.
Ağ evin mətbuat katibinin sözlərinə görə, Tramp cəmi altı ay ərzində 23 xarici liderlə görüş keçirib.
Bundan əvvəl İspaniyanın El Periodico qəzeti yazmışdı ki, ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp nadir hallarda onunla birlikdə ictimai tədbirlərə qatılır. Məlumata görə, o, əsasən Floridadakı Mar-a-Laqo iqamətgahında və ya Nyu-Yorkdakı mənzillərində olur.
Poliqon.info