RU

İngiltərə millisi İspaniyaya qalib gəlib titulunu qorudu

  Qadınlar arasında keçirilən futbol üzrə Avropa çempionatının qalibi bəlli olub.

Referans xəbər verir ki, final İsveçrənin Bazel şəhərində baş tutub.

Həlledici görüşdə İngiltərə və İspaniya yığmaları üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Tərəflər hərəyə 1 qol vurublar - 1:1.
Belədə, qalib penaltilər seriyasında müəyyənləşib. "Lotoreya"da isə İngiltərə millisinin üzü gülüb. İspaniya yığmasına 3:1 hesabı ilə qalib gələn ingilislər ikiqat Avropa çempionu tituluna yiyələniblər.

İngiltərə millisi bundan əvvəl 2022-ci ildə - son Avropa çempionatında qitənin ən güclüsü olmuşdu.

Избранный
21
2
referans.az

3Источники