RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

İyulun 26-da və 27-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

 Axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Избранный
106
20
operativmedia.az

10Источники