Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə münasibətlərdə gərginliyi azaltmağa çalışmaqda davam edəcək.
Missiya.Az xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byung-sam iyulun 28-də bildirib.
"Cənubi Koreya hökuməti sakit və ardıcıl olaraq Koreyalararası barışıq və əməkdaşlığa, həmçinin Koreya yarımadasında qarşılıqlı sülhə nail olmaq üçün səy göstərəcək", - "Yonhap" xəbər agentliyi onun sözlərindən sitat gətirib.
Nazir iki ölkə arasında “yüksək inamsızlıq divarları”ndan danışaraq, münasibətlərin yaxşılaşdırılması istiqamətində əlavə addımların atılmasının vacibliyini təkid edib.
Zərintac Mayisqızı Missiya.Az