RU

“Barselona” Levandovskinin yerinə ulduz futbolçunu transfer edir

“Barselona”nın futbolçusu Robert Levandovski gələn mövsümün sonunda başqa kluba transfer ola bilər. Metbuat.az xəbər verir ki, “Barselona” Levandovskini əvəzləmək üçün artıq hərəkətə keçib. “Fichajes”də dərc edilən xəbərə görə, “Barselona” gələn transfer mövsümündə Erlinq Hollan, Julian Alvares və ya İsakı transfer etmək istəyir. Bildirilir ki, Alvares və İsak transferi “Barselona” üçün daha asan ola bilər. Hollanın transferi maliyyə baxımından daha çətin ola bilər. "Barselona"nın əsas məqsədi məşqçi Hansi Flikin yüksək pressinq və topa sahibliyə əsaslanan sisteminə uyğunlaşacaq hücumçu transfer etməkdir.

Xəbərdə deyilir ki, Erlinq Hollanın transferi də “Barselona” rəhbərliyinin prioretlərindən hesab edilir.

Избранный
19
metbuat.az

1Источники