Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 28-dən avqustun 15-dək məzuniyyətdə olacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Xatırladaq ki, o, iyulun 18-dən 23-ə kimi məzuniyyətdə olub.
Paşinyan bugünlərdə Rusiyaya gedib və oradan qayıtdıqdan sonra təkrar məzuniyyətə yollanıb.
Bəzi mənbələr bunu Paşinyanın Rusiyadakı görüşlərinin istənilən nəticəni verməməsi ilə izah edirlər.