RU

Təhsil müəssisələrində kommunal-kommunikasiya işləri üçün 8 milyon manat vəsait ayrıldı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin yerinə yetirilməsi üçün tender elan edib.

Valyuta.az xəbər verir ki, görüləcək işlərin ümumi dəyəri 8 milyon 348 min 263 manat təşkil edir.

Layihə çərçivəsində təhsil müəssisələrinin mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

Tender müsabiqəsi 25 avqust tarixinə qədər davam edəcək.

Mayya Hüseynova

Избранный
29
valyuta.az

1Источники