RU

Millimiz İslandiya və Fransa ilə ev oyunlarını bu stadionlarda keçirəcək

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Millimizin Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki matça saat 21:00-da start veriləcək.

Избранный
107
9
sportinfo.az

10Источники