RU

“The Economist”: Superintellekt iqtisadiyyatı

Texnoloji liderlər hesab edir ki, süni intellekt (Sİ) artıq yaxın illərdə insanı zehni bacarıqlarda geridə qoyacaq.

Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə “The Economist” nəşri yazır.

Bu isə sənaye inqilabı ilə müqayisə oluna biləcək iqtisadi və sosial dəyişikliklərə səbəb ola bilər.

Nəşr qeyd edir ki, süni intellekt gözləniləndən sürətlə inkişaf edir:

Mövcud modellər artıq ən çətin tapşırıqları yerinə yetirə bilir və 2027-ci ilədək onların gücünün 1000 dəfə artacağı gözlənilir. 2030-cu ilə qədər Sİ özü texnologiya yarada və təkmilləşdirə biləcək, bu isə elmi kəşfləri və iqtisadi artımı sürətləndirəcək. Avtomatlaşdırma bəzi peşələrin ucuzlaşmasına, Sİ sahibləri və nadir ixtisaslı mütəxəssislərin isə gəlirlərinin sürətlə artmasına səbəb olacaq. Sİ-nin yaratdığı hər şey ucuzlaşacaq, insan əməkinə ehtiyac qalan sahələr isə daha baha olacaq. Bu dəyişikliklər iqtisadiyyatda bərabərsizliyin artması, inflyasiya, bazarlarda dalğalanmalar və faiz dərəcələrinin 20–30%-ə qədər yüksəlməsi kimi təsirlərə yol aça bilər. Dövlətlər vergi, təhsil və iqtisadi siyasəti yenidən qurmalı olacaqlar.

Süni intellekt həm risklər, həm də böyük imkanlar yaradır — xəstəliklərin müalicəsindən tutmuş iqtisadi artımın məhdudiyyətlərini aşmağa qədər. Əsas məsələ – bu sürətli irəliləyiş qarşısında müdrikliyi qorumaqdır.

Избранный
57
banker.az

1Источники